Cümə axşamı, 16 May

Xalq artisti: "Əməliyyat etdirməmişəm"

image

"Dərim anamdan keçmədir. Üzümü dəyişdim, bəs boy, gözümün rəngi? Hər şey Allahdandır. Üzümdəki nur isə...

Yəqin, yaş keçdikcə içimin sədası üzümə gəlir. Bir də qadın kimi baxımlı olmağı sevirəm. Deyirlər ki, əməliyyatlar etmişəm.

Üzümdə heç bir əməliyyat yoxdur. Burnumu illər əvvəl əməliyyat etdirmişəm. Dodağım silikon deyil, sadəcə bir az qaldırtdırmışam. Bir də dişlərimi düzəltdirmişəm. İndi adi insanlar sənət adamlarından çox əməliyyat etdirir. İnsan şarmlı olmalı və üzündəki nuru itirməməlidir".

Xəbər verilir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "ATV maqazin onlarla - 33 sual" proqramında deyib. Aktrisa sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən bəhs edib. M.Əsədova heç bir plastik əməliyyat etdirmədiyini söyləyib:

"Göz qarşısındayam. Məni salonda görəndə deyirlər, "necə günah işləyirlər, həyatda efirdən qəşəngsiniz". Qəşənglik gedəridir. Əsas əqidənizi, vicdanınızı, daxilinizi qəşəng saxlayın. Daxilinizdəki nur üzünüzə vuracaq. Sadəcə baxımlıyam. Gözəllik görəndə sevinin. Qara rəngin özündə də gözəllik görürəm. Kim nə yazır, daxili dünyasıdır.

Deyirlər, bəxtəvər gedib əməliyyat etdi. Get sən də et. Hər zaman varlığın arxasında böyük əziyyət var".

Əsədova maddi vəziyyətinin yaxşı olması haqda suallara da münasibət bildirib:

"Zəngin görürlərsə, demək, daxilim zəngindir ki, onlara elə görünürəm. Mənim də sıxıntılarım var. Allah ağlımı almasın ki, çıxım efirdə bunu danışım. Tamaşaçıya niyə bunu deməliyəm?"

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00